EN

“OpenAI” “Google Chrome”a konkurent yaradır – “Reuters”


“ChatGPT “chatbot tərtibatçısı “OpenAI” tezliklə bazarda “Google Chrome”a meydan oxuyan süni intellektlə işləyən brauzerini təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, yeni “OpenAI” proqramı süni intellekt modeli əsasında bir çox funksiyalarla təchiz olunacaq ki, bu da istifadəçilərə məlumatın axtarışı prosesini avtomatlaşdırmağa imkan verəcək.
Agentlik qeyd edir ki, uğurla istifadəyə verilərsə, “OpenAI”nin yeni məhsulu hazırda qlobal brauzer bazarının üçdə ikisindən çoxunu təşkil edən “Google Chrome”un mövqeyini kənara çəkə və şirkətə əhəmiyyətli reklam gəliri təmin edə biləcək.
Chosen
39
2
yeniavaz.com

3Sources