EN

Azərbaycan ilə Pakistan arasında ədliyyə sahəsində “Əməkdaşlıq Proqramı” imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan və Pakistan arasında hüquqi sahədə əlaqələrinmöhkəmləndirilməsi məqsədilə Pakistan İslam Respublikasının Hüquqvə Ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndəheyəti ölkəmizdə səfərdədir.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsindənümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevinxatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. ArdıncaŞəhidlər xiyabanı, Zəfər Parkı və Zəfər abidəsi ziyarət olunub,Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canındankeçmiş şəhidlərin əziz xatirəsi anılıb.

Daha sonra ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı iləgörüş keçirib. Görüş zamanı iki ölkə arasında hüquqi sahədə mövcudəməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, həmçinin siyasi,iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin uğurla inkişafetdiyi qeyd olunub.

Tərəflər Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin 2024-cü ilin iyul ayında Pakistana dövlət səfəri zamanıimzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi iləPakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasındaƏməkdaşlıq Memorandumu”nun əhəmiyyətinə toxunublar.

Memorandumun icrası məqsədilə görüşdə beynəlxalq müqaviləolmayan “Əməkdaşlıq Proqramı” imzalanıb. Proqram çərçivəsindərəqəmsal ədliyyə, ədalət mühakiməsində süni intellektin tətbiqi,hüquq sahəsində elmi tədqiqatların aparılması, eləcə də təhsil vətədrisin təşkil edilməsi, qanunvericiliyin işlənməsi, mübahisələrinalternativ həlli sahəsində əməkdaşlıq və digər aktual istiqamətlərüzrə təlimlərin təşkili planlaşdırılır. “Əməkdaşlıq Proqramı”nınicrası məqsədilə tərəflər Fəaliyyət Planının hazırlanması barədə dərazılığa gəliblər.

Görüş zamanı Azərbaycan və Pakistan arasında stratejitərəfdaşlığın yüksək qiymətləndirildiyi bildirilib, qarşılıqlısəfər və təmasların hüquqi sahədə əməkdaşlığın daha da inkişafınatöhfə verdiyi vurğulanıb. Həmçinin tərəflər gələcək əməkdaşlıqperspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələlərimüzakirə ediblər.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
54
24
az.trend.az

10Sources