EN

SOCAR daha bir Türkiyə klubunun sponsoru oldu

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) daha bir Türkiyə klubunun forma sponsoru olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun Türkiyədəki törəmə şirkəti - “SOCAR Türkiye” məlumat yayıb.

SOCAR "Iğdır"ın forma sponsoru olub. Türkiyə 1-ci liqa təmsilçisi ilə müqavilə 1 mövsümlükdü.

Müqaviləyə əsasən, rəsmi oyunlarda SOCAR-ın loqosu formaların ön hissəsində yer alacaq.

Qeyd edək ki, SOCAR eyni zamanda Türkiyə Superliqası təmsilçisi “Qalatasaray”a da forma sponsorluğu edir.

Chosen
27
4
football-plus.az

10Sources