EN

Netanyahu: Qəzzaya hücumlar 60 günlük atəşkəsdən sonra sona çata bilər

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzzada müharibə 60 günlük atəşkəsdən sonra bitə bilər.

Turkustan.az xəbər verir ki, İsrail Baş Nazirlik Ofisi Netanyahunun ABŞ-ın paytaxtı Vaşinqtonda israilli məhbus ailələri ilə görüşdüyünü açıqlayıb.

Görüşdə Netanyahu ABŞ prezidenti Donald Tramp və komandası ilə danışıqlarda məhbuslar məsələsinin geniş şəkildə müzakirə edildiyini və bütün məhbusların azad edilməsi üçün səy göstərdiklərini bildirib.

İsrailin Kanal 13 televiziyasının məlumatına görə, Netanyahu bildirib ki, İsrail HƏMAS ilə 60 günlük atəşkəsin sonunda Qəzza zolağına hücumları dayandırmağı və bütün məhbusların geri qaytarılmasını təmin etməyi hədəfləyir.

Başlanğıcda 8, daha sonra 2 olmaqla 10 canlı məhbusun azad ediləcəyini deyən Netanyahu, başdan bəri niyə hərtərəfli bir razılaşmanın alınmadığı sualına cavab olaraq, "ilk başlarda bunun mümkün olmadığını" iddia etdi.

Sonuncu məhbusun nə vaxt azad ediləcəyi ilə bağlı bir tarix verə bilməyəcəyini də bildirən Netanyahu, kimin azad ediləcəyinə HƏMAS-ın qərar verəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
50
icma.az

10Sources