EN

Məşhur aktrisaya aid 40 illik çanta rekord qiymətə satıldı

  Dünyaşöhrətli aktrisa və müğənni Ceyn Birkinə məxsus olan ilk Hermes Birkin çantası Parisdə keçirilən "Sotheby’s" hərracında rekord qiymətə satılıb.

Bu barədə Forbes məlumat yayıb.

Məlumata görə, təxminən 40 illik tarixə malik olan çanta uğrunda doqquz kolleksiyaçı 10 dəqiqədən artıq mübarizə aparıb. 10 milyon dollar qiyməti olan bu çanta indiyə qədər hərracda satılan ən bahalı çanta statusunu qazanıb.

Qeyd olunur ki, çanta üzərində Ceyn Birkini simvolizə edən baş hərflər yer alıb və uzun illər məşhur sənətçiyə məxsus olub./Teleqraf  

Chosen
17
2
referans.az

3Sources