EN

50/50 proqnoz verdi: "Onlara hörmət edirik, amma..”

Azərbaycan klubları üçün yeni avrokuboklar mövsümü sabah start götürəcək.

Səhnəyə ilk olaraq Ölkə Kubokunun qalibi "Sabah" çıxacaq.

Avropa Liqasında mübarizəyə başlayacaq "tələblər"in rəqibi "Selye"dir.

Sloveniyalılar ilə ilk matç Bakıda baş tutacaq.

Kifayət qədər güclü rəqib təmsilçimizi gözləyir.

Nəzərə alaq ki, "Selye" son mövsüm Konfrans Liqasında 1/4 final mərhələsinə kimi irəliləyə bilib.

Yeni baş məşqçi Valdas Dambrauskasun rəhbərliyi altında hazırlıqlarını davam etdirən Masazır klubu da əl-qolunu yanına salmaq fikrində deyil.

Məqsəd növbəti mərhələyə adlamaq olacaq.

Oyundan gözləntilərini bizimlə bölüşən "Sabah"ın əsas forvardı Favol Safranko bunu açıq etiraf edib:

“Rəqibə hörmət edirik, kifayət qədər yaxşı komandadır.

Amma qarşıda iki 90 dəqiqəlik oyun var.

Biz mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Şanslar 50/50-dir".

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
31
sportinfo.az

1Sources