EN

Axşam işıqları söndürüb şəhərə girən yük maşınları TƏHLÜKƏ SƏBƏBİDİR VƏTƏNDAŞ ŞİKAYƏTİ FOTO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Köhnə model yük maşınlarının axşam saatlarında yol kənarlarında işıqsız vəziyyətdə dayanması, xüsusilə motosiklet sürücüləri üçün ciddi təhlükə mənbəyinə çevrilib. 

Avtosfer.az xəbər verir ki, iyulun 8-i gecə saatlarında Qala qəsəbəsində motosiklet sürücüsünün yol kənarında dayanan yük maşınına çırpılması ilə nəticələnən ölüm də bu vəziyyətə misal ola bilər. Hadisə yerində həyatını itirən gənc cəmiyyətdə dərin təəssüf doğurub.

Belə bir hadisə keçən il də baş vermişdir. Paytaxtın ətraf ərazilərində tez-tez rast gəlinən bu vəziyyət gecə saatlarında nəinki motosikletçilərin, eləcə də digər sürücülərin həyatını risk altına atır. Motosiklet idarəçiləri deyirlər ki, gecələr hərəkətdə və ya yol kənarında dayanma vəziyyətində olan bəzi yük maşınlarının arxa işıqlandırma sistemi ya ümumiyyətlə işləmir, ya da zəifdir. Xüsusilə “KamAZ” tipli köhnə yük maşınlarında bu hal daha çox müşahidə olunur. Sürücülər isə, adətən, bu nasazlığa ya laqeyd yanaşır, ya da fərqində belə olmurlar. “Əksər hallarda bir yük maşınının gecə saatlarında yolun kənarında dayanıb-dayanmadığını yalnız yaxınlaşanda anlayırıq. O da bəzən artıq gec olur,” – deyə motosiklet sürücüsü saytımıza bildirib. Gecə vaxtı zəif işıqlandırma və texniki nasazlıqlar, ani təhlükə yaratmaqla yanaşı, yol-nəqliyyat axınında gözlənilməz çətinliklər də yaradır. 

Qaranlıqda görünməyən yük maşınları, görünən təhlükəyə çevrilir. Bu məsələ yalnız motosikletçilərin deyil, yolda olan hər bir sürücünün təhlükəsizliyinə birbaşa təsir göstərir. Qanunvericilikdə bə bu yöndə müəyyən boşluqlar var. Hazırkı Yol hərəkəti haqqında qanunvericilikdə, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əgər nəqliyyat vasitəsinin işıq cihazları nasazdırsa və bu nasazlığı aradan qaldırmaq mümkün deyilsə, həmin sürücü inzibati məsuliyyətə cəlb edilir, yəni cərimə tətbiq olunur. Lakin buradakı boşluq odur ki, sürücülərin bəziləri bu məsuliyyəti tam dərk etmir. Nasazlıqla yola çıxmağı "sonra düzəldərəm" deyə təxirə salır və nəticədə ölümlə nəticələnən qəzalara səbəb ola biləcək risklər yaranır.

Mövcud qanun bu məsələni yetərincə sərt formada tənzimləmir. Konkret olaraq, belə hallarda yəni nəqliyyat vasitəsinin işıqları nasaz olan zaman sürücülərin birbaşa məsuliyyətə cəlb olunmasını nəzərdə tutan dəyişikliklərin edilməsinə ehtiyac var.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
avtosfer.az

1Sources