EN

Qorxu və stress insanın dad hissiyatını dəyişdirir - Alimlərdən araşdırma

Yeni araşdırmalar emosiyaların — xüsusilə qorxu və stressin — insanların dad hissinə əhəmiyyətli dərəcədə təsir etdiyini ortaya çıxarıb.

E-saglam.az xəbər verir ki, Harvard Universiteti və Tokio Tibb İnstitutunun alimləri müəyyən ediblər ki, güclü emosional hallar zamanı insanın ağız suyunda dəyişikliklər baş verir və bu da dad molekullarının beyinə ötürülməsini fərqli şəkildə tənzimləyir.

Mütəxəssislər təcrübələrində 60 iştirakçıya eyni qidalar verərək əvvəlcə sakit, sonra isə qorxu və stress vəziyyətlərinə salıblar. Məlum olub ki, qorxu zamanı şirin qidalar daha az şirin, turş dadlar isə daha kəskin hiss olunur. Stressin isə ümumilikdə iştahı və dad həssaslığını azaltdığı müşahidə edilib.

Nevroloq Hideo Nakamura bildirib ki, bu dəyişikliklər beyindəki amigdala və hipotalamus bölgələrinin fəaliyyəti ilə bağlıdır: “Bədən qorxduqda əsas prioritet sağ qalmaq olur, bu zaman qida dadı və həzmi arxa planda qalır”.

Araşdırma nəticələri yemək pozuntularının, iştaha bağlı nevroloji problemlərin və hətta piylənmə ilə bağlı bəzi mexanizmlərin daha yaxşı başa düşülməsinə yol aça bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
41
e-saglam.az

1Sources