EN

İşıq dirəyi aşıb, ərazi nəzarətsiz qalıb NOVXANIDA TƏHLÜKƏ

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Novxanı ərazisindən keçən magistral yolun kənarında avtomobil çırpılması nəticəsində işıq dirəyi aşıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Ajans.az"a göndərilən məlumatda əks olunub ki, işıq dirəyi təxminən 20 gündən artıqdır ki, yol kənarında qalır. Dirəyin işığının hələ də yanması  ərazidə yaşayan  sakinlər üçün problemə çevrilib. Həmçinin, işıq dirəyi yolu keçmək istəyən piyadalar üçün də təhlükədir.  Bir müddətdir, yol qırağında qalan və hələ də işığı yanan dirəkdə açıq elektrik xətlərinin olması da ehtimal edilir. Yaranmış problem isə, hələ də aidiyyəti qurumlar tərəfindən həll edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
avtosfer.az

2Sources