EN

Apollon Məbədi gecə də ziyarətçi qəbul edəcək

ain.az, Kulis.az saytına istinadən bildirir.

Türkiyənin Aydın vilayətinin Didim rayonunda yerləşən və antik dövrün məşhur "kəhanət mərkəzi" sayılan Apollon Məbədi artıq gecə muzeyçiliyi çərçivəsində ziyarətçilərə açıq olacaq.

Kulis.az xəbər verir ki, İoniya üslubunda inşa edilən və dünyanın üçüncü böyük məbədi hesab olunan Apollon Məbədi “Gələcəyə miras” layihəsi çərçivəsində işıqlandırılaraq yeni bir ziyarət təcrübəsi təqdim edir.

Gəzinti yolları və xüsusi işıqlandırma ilə tamamlanan ərazidə ziyarətçilər gün batımından sonra qədim kahinlərin mifoloji hekayələrinə şahidlik edə biləcək. Məbəddə yaradılan işıqlandırma müxtəlif tonlarda olacaq və abidənin görkəmini daha da vurğulayacaq.

Mənbələrə görə, Apollon Məbədi e.ə. 8-ci əsrə aiddir və Efesdəki Artemida Məbədi ilə eyni dövrdə tikilib.

Yeni işıqlandırma və abadlıq işləri ilə birlikdə məbədin ziyarətçi sayı daha da artacağı gözlənilir.

Qeyd edək ki, gecə muzeyçiliyi rəsmi olaraq yaxın həftələrdə fəaliyyətə başlayacaq.

Stalinin kölgəsindəki qadın - Şükriyyə əslində, kim idi?

29 yaşlı yutuber intihar etdi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
2
kulis.az

3Sources