EN

Saçlara düzgün qulluq etməmək tökülmə və qırılmalara səbəb olur DİQQƏT

ain.az, Pravda.az portalına istinadən məlumat verir.

Güclü, parlaq və sağlam saçlara sahib olmaq üçün saç baxımına xüsusi diqqət yetirilməlidir. Lazımi qulluq göstərilmədikdə saçların uzanması yavaşlayır, quruluq, kəpək və tökülmə kimi problemlər yaranır.

Pravda.az bildirir ki, saç sağlamlığını qorumaq üçün zeytun, hind qozu, badam və hind yağı kimi təbii yağlarla masaj tövsiyə olunur. Eyni zamanda, düzgün qidalanma da önəmlidir. Süd məhsulları, yumurta, badam, balıq və yerkökü saç üçün faydalı hesab olunur.

Vitamin və minerallar arasında isə A, E vitamini, dəmir, sink, omega-3 və zülal ön plana çıxır. Saç tökülməsinin qarşısını almaq üçün isə sulfat və paraben tərkibli məhsullardan uzaq durmaq, saç tipinə uyğun şampunlardan istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, saç tökülməsi həm ətraf mühit, həm də genetik faktorlarla əlaqəli ola bilər və genetik hallarda daha erkən yaşlarda müşahidə edilir.

Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
2
pravda.az

3Sources