EN

Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünyaca məşhur ulduz Cennifer Lopez, illər sonra yenidən Türkiyəyə səfər etməyə hazırlaşır. İyulun 23-də Antalyada səhnə çıxacaq sənətçi, konsert öncəsi rəqqasları və komandası ilə intensiv məşqlər aparır. Möhtəşəm səhnə şousu, repertuarı və peşəkar komandası ilə diqqət çəkən Lopez, bu dəfə qaldığı yer ilə də adından söz etdirəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlki səfərində lüks bir villada qalan Cennifer Lopez bu dəfə fərqli və qeyri-adi bir konsept seçib. 

Mağara dizaynlı 3.500 kvadratmetrlik xüsusi otaq, daha doğrusu mini saray, ulduzun konfortuna uyğun şəkildə hazırlanıb. Bu nəhəng sahə eyni anda 14 nəfəri qəbul edə biləcək qədər genişdir və tam bir tətil kompleksi atmosferi yaradır.

Lopez üçün hazırlanan bu məkan 6 ayrı geyinmə otağı, mağara iç dizaynı, hovuz üstü bar (swim-up bar), xüsusi sauna, şəxsi kinoteatr və daha bir çox lüks imkanla təchiz olunub. Hətta otağın dizaynında yer alan mağara elementləri, konseptə tam uyğunluq qatıb və Cennifer Lopez üçün yaradılan fərdi detallarla zənginləşdirilib.

Sənətçinin adının baş hərfləri digər tekstil məhsullarına xüsusi olaraq işlənib və bu, məkanın tam fərdi və prestijli şəkildə dizayn edildiyini sübut edir.

Cennifer Lopez-in qaldığı yerin hər detalı onun zövqünə uyğunlaşdırılıb və sənətçiyə konsert öncəsi tam istirahət və hazırlıq imkanı yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
lent.az

1Sources