EN

Fridrix Mers: Almaniya Kiyevə dəstəyi davam etdirəcək

Almaniya kansleri Fridrix Mers Rusiya prezidenti Vladimir Putinə “təslim olmayacaqları” və Kiyevə dəstəyi davam etdirəcəkləri ilə bağlı söz verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Romada Ukraynanın bərpasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib. 

Mətbuat konfransında Almaniya hökumətinin başçısı Ukrayna prezidenti Vladimir Zelenskiyə və “Ukraynadakı dostlara” Berlindən olan dəstəyin dəyişməz qalacağına dair əminlik yaradıb.

“Yekunda iki müraciətim var. Onlardan biri Moskvaya və prezident Putinə ünvanlanıb. Müraciət kifayət qədər sadədir: biz təslim olmayacağıq”, – deyə Mers bəyan edib.

İkinci müraciət isə ABŞ-a və prezident Donald Trampa yönəlib. Mers Vaşinqtonu “Avropa ilə birlikdə qalmağa” çağırıb.

Chosen
22
nocomment.az

1Sources