BAKI, 10 iyul. TELEQRAF
Bu gün elm və təhsil naziri Emin Əmrullayev Ruandanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Charles Kayonga ilə görüşüb.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Ruanda Respublikası ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.