EN

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verilib

Şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərəcək məhəllə komitələrinin formalaşdırılması məqsədilə Sumqayıt Bələdiyyəsi tərəfindən seçki prosesinə start verilib.

APA xəbər verir ki, şəhər ərazisində ilk seçki Yeni Yaşayış Massivi - Yaşıl Dərə ərazisindəki 8-ci məhəllədə baş tutub.

Məhəllə komitələri sakinlərə şəhər həyatında daha yaxından və fəal iştiraka rəvac verir, öz məhəlləsinin ictimai-sosial problemlərini Bələdiyyə səviyyəsində qabartmağa imkan yaradır.

Qeyd edək ki, hər bir Sumqayıt sakini öz məhəllə komitələrinin formalaşdırılmasında seçki vasitəsilə iştirak edə bilər.

Sumqayıtda
Chosen
22
1
apa.az

2Sources