EN

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

Klublararası dünya çempionatının yarımfinalında PSJ-yə 0:4 hesabı ilə uduzaraq turnirlə vidalaşan "Real Madrid"in qapıçısı Tibo Kurtua böyükhesablı məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "RMC Sport" belə çatdırıb:

"Biz bir qədər zəif idik. Digər oyunlarda daha yaxşı çıxış sərgiləmişdik. Təbii, hələ üzərində işləməli olduğumuz çatışmazlıqlarımız var".

Xatırladaq ki, klublararası dünya çempionatının finalında PSJ "Çelsi" ilə üz-üzə gələcək. "Zadəganlar" Braziliya təmsilçisi "Fluminense"ni 2:0 hesabı ilə yenərək finala yüksəlib. Həlledici qarşılaşma iyulun 13-də keçiriləcək.

Nihat

Chosen
25
1
fanat.az

2Sources