EN

“Məqsəd “Mingəçevir”i çempion etməkdir” – Ramiz Məmmədov

“Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov təyinatı ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az xəbər verir ki, o, klubun mətbuat mətbuat xidmətinə açıqlamasında deyib:

“Klub rəhbərliyinə təşəkkür edirəm ki, etimad göstərərək dəvət göndərdilər. Onların bu güvənini doğrultmağa çalışacağıq. Mingəçevir mənim üçün doğma şəhərdir. Burada futbola başlamışam, oyunçu-məşqçi, kapitan olmuşam. Üstəlik, Mingəçevirdə iki dəfə final oynamışam”. 

R.Məmmədov qeyd edib ki, məqsəd 1-ci liqada çempion olmaqdır: “Elə bu gündən qollarımızı çırmayıb işə başlayırıq. İlk növbədə komanda yığmalıyıq. Hər mövqeyə – qapıdan tutmuş hücum xəttinə qədər – oyunçu alınmalıdır. Tanıdığım, təcrübəli və perspektivli futbolçuları dəvət etməyə çalışacağam. Məqsəd “Mingəçevir”i çempion etməkdir. İnşallah, yaxın günlərdə hazırlıq planı qurub hədəfə çatmaq üçün işə başlayacağıq. Bildiyimə görə, çempionat sentyabrda başlayacaq. Yəni vaxtımız var”.

Chosen
46
11
idmanxeber.az

10Sources