EN

"Real" rəhbərliyi hərəkətə keçdi: PSJ ilə oyuna görə

"Real"ın rəhbərliyi futbolçularla onların məqsədləri və komandadakı işlərinə dair ciddi söhbətlər aparmağı planlaşdırır.

Publika.az xəbər verir ki, Madrid təmsilçisi klublararası dünya çempionatının yarımfinalında PSJ-yə 0:4 hesabı ilə məğlub olaraq turniri tərk edib. Bu nəticədən sonra klubun daxilində narahatlıq yaranıb. Rəhbərlik hesab edir ki, bəzi oyunçular komanda üçün çalışmaq istəmir və bu vəziyyətə son qoyulmalıdır. Bu barədə "Marca" məlumat yayıb.

Yaxın günlərdə bəzi futbolçularla fərdi söhbətlər planlaşdırılır. Rəhbərlik onların nə istədiyini, məqsədlərini və komandaya nə dərəcədə sadiq olduqlarını öyrənmək niyyətindədir. Klub aydın mesaj vermək istəyir: ya hər kəs birlikdə çalışır, ya da alternativ yollar axtarılır. Çünki transfer pəncərəsi sentyabrın əvvəlində bağlanır.

Xüsusilə Vinisius Juniorun hazırkı durumu narahatlıq doğurur. Klub rəhbərliyi braziliyalı ulduzun düşüncələrini və gələcək planlarını öyrənmək istəyir.

Rodriqonun taleyi ilə bağlı isə klub artıq qərar verib və onun üçün başqa komanda axtarılır.

Chosen
9
publika.az

1Sources