Bakı, 10 iyul, AZƏRTAC
Böyük Britaniya Ukrayna ilə “Thales” şirkətinə məxsus 5 min zenit raketinin göndərilməsini nəzərdə tutan müdafiə sazişi imzalayacaq.
AZƏRTAC xəbər verir ki, hökumət növbəti ildə Ukraynaya 283 milyon funt sterlinq məbləğində ikitərəfli yardım paketini təqdim edəcəyini təsdiqləyib.