EN

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək klublar müəyyənləşib

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək klublar müəyyənləşib.

Azərbaycan Həndbol Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, nüfuzlu yarışda iki kişi və iki qadın komandası mübarizə aparacaq. Kişi həndbolçular arasında sonuncu ölkə çempionatının qalibi “Kür” və gümüş mükafatçı “Bakı” qitə yarışına qatılacaq. Turnirdə ilk mərhələdən azad olan təmsilçilərimiz mübarizəyə ikinci raunddan qoşulacaq. Ümumilikdə bu mərhələdə qitənin 55 komandası yarışacaq. İlk mərhələdən gələn 9 komandadan sonra iştirakçılar mübarizəni 1/32 finaldan davam etdirəcəklər. İkinci raundun ilk oyunları oktyabrın 11-12-də, cavab matçları isə oktyabrın 18-19-da keçiriləcək.

Qadın həndbolçuların Avropa kuboku turnirində isə ölkəmizi Azərbaycan çempionu “Azəryol” və 3-cü yerin sahibi “Kür” təmsil edəcək. Bütün komandalar yarışa ikinci mərhələdən start verəcək. Burada 50 komanda yarışacaq. Reytinq xalı yüksək olan digər 7 klub isə turnirdə 3-cü mərhələdən çıxış edəcək. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.

Chosen
30
14
90deqiqe.az

10Sources