EN

Züriyə Qarayeva “Fəxri Doktor” diplomu ilə təltif edilib

AzNews.az xəbər verir ki, Azərbaycanlı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Züriyə Qarayeva “Fəxri Doktor” diplomu ilə təltif olunub. Diplom “BZT Turan Academy” tərəfindən təqdim edilib.

Təltif sənədində qeyd olunur ki, Züriyə Qarayeva Türk Dünyasının akademik əməkdaşlığı, beynəlxalq simpozium və konqreslərdəki fəal iştirakı, həmçinin göstərdiyi xidmət və elmi töhfələrə görə bu yüksək fəxri ada layiq görülüb.

BZT Turan Academy-nin rəsmi mövqeyinə əsasən, bu mükafat Türk Dünyası alimləri arasında əməkdaşlığın gücləndirilməsi və ortaq elmi dəyərlərin təşviqi məqsədi daşıyır.

Chosen
7
3
aznews.az

4Sources