EN

Media nümayəndələri üçün təlim keçirilib

İpoteka və Kredit Zəmanət Fondunun və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması üçün media nümayəndələrinə təlim keçirilib.

Operativ Media xəbər verir ki, təlim iştirakçılarına Azərbaycan Respublikasında əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, cari il iyulun 1-nə ipoteka kreditləşməsi hesabına 54 min 816 ailə, satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə isə 7280 ailə mənzil şəraitini yaxşılaşdırıb. Onların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Eyni zamanda, media nümayəndələri İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi sahibkarlığa dəstək alətləri barədə ətraflı məlumatlandırılıb. Qeyd edilib ki, Fondun zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən 590 milyon manatdan çox kredit verilib.

Təlim zamanı mövzular üzrə ətraflı müzakirələr təşkil olunub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Sonda media nümayəndələrinə sertifikatlar təqdim edilib.

Chosen
29
13
operativmedia.az

10Sources