EN

Türkiyədə 12 hərbçinin şəhid olduğu hadisənin təfərrüatları açıqlandı


Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazına məruz qalaraq, şəhid olan 12 hərbçi ilə bağlı hadisənin təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, hadisə “Pəncə-Kilid” əməliyyatı bölgəsində yerləşən 852 saylı təpədəki mağarada baş verib.
Şəxsi heyət 19 hərbçi ilə 2022-ci ildə şəhid olan baş leytenant Nuri Melih Bozkurtun cəsədini axtarmaq üçün mağaraya gedib.
İlk mərhələdə mağarada kəşfiyyatçı itlə axtarış aparılıb. Heç bir meqativ hal aşkar edilmədikdə, ümumilikdə 12 nəfər şəxsi heyət 3 qrupda (6+4+2) fasilələrlə mağaraya daxil olub.
İkinci mərtəbədə aparılan axtarışlar zamanı irəlidəki əsgərlər huşunu itirməyə başlayıb və arxadakı əsgərləri geri qayıtmağa və yardım istəməyə çağırıb.
Daha sonra mağaradan çöldə qalan 12 nəfərlik şəxsi heyət iki qrupda mağaraya daxil olaraq, metan qazından zəhərlənən əsgərləri mağaradan çıxarmağa çalışıb.
Xəstəxanaya çatdırılan əsgərlərdən 5-i ilk gün edilən bütün səylərə baxmayaraq xilas ola bilməyib və daha sonra şəhid olub.
Milli Müdafiə Nazirliyi ertəsi gün verdiyi açıqlamada daha 7 əsgərin öldüyünü açıqlayıb. Bununla da, ölənlərin sayı 12-yə çatıb.
Chosen
16
3
yeniavaz.com

4Sources