EN

Tənbəlliyə qarşı sadə və təsirli metod cəmi 5 dəqiqəlik qayda

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Tənbəllik hissindən xilas olmaq düşündüyünüz qədər çətin deyil. İspaniyalı psixoloq Patrisiya Ramirez tənbəlliyi aradan qaldırmaq üçün sadə, lakin effektiv “5 dəqiqə” qaydasını təklif edir. Ölkə.Az xəbər verir ki, bu barədə o, "Hola" nəşrinə danışıb.

Ramirezin sözlərinə görə, tənbəl hiss edən insanlar özlərinə yalnız 5 dəqiqə ərzində hansısa işi görməyi vəd etməlidirlər:

“Özünüzə söz verin ki, hər hansı tapşırığı cəmi 5 dəqiqə yerinə yetirəcəksiniz. Əgər bu vaxtdan sonra həqiqətən davam edə bilmirsinizsə, özünüzə dayanmağa icazə verin”.

Lakin psixoloq əlavə edir ki, əksər hallarda insan bir işə başladıqdan sonra onu fərqinə varmadan sona qədər yerinə yetirməyə davam edir. Bu isə ilk addımı atmağın vacibliyini göstərir.

Digər tərəfdən, həkim Maria Sançes qeyd edir ki, tənbəlliklə prokrastinasiyanı (işləri təxirə salmaq) qarışdırmaq olmaz. Onun sözlərinə görə, prokrastinasiya – insanın müəyyən tapşırıqların yaratdığı emosional gərginlikdən qaçmaq üçün bir müdafiə mexanizmidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
olke.az

2Sources