EN

Putin soyuq su içsin...

Abu-Dabidə gerçəkləşən Əliyev-Paşinyan görüşünün konkret olaraq ABŞ-ın patronajlığı altında baş tutması iddiası absurd və cəfəngiyatdır.

Bu cür qısqanc iddianın müəllifi təbii ki, Putin Rusiyasıdır. Oyundankənar vəziyyətdə qaldığını anlayan Kreml belə bir iddianı ortaya atmaqla öz aləmində suyu bulandırmağa çalışır.

Kremlə bağlı radikal erməni müxalifəti və rusiyayönümlü erməni KİV-i də bu cür ucuz iddianı tirajlamaqla Kremlə yarınmağa çalışır.

Əlbəttə, ABŞ tərəflər arasında yekun sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu ABŞ Dövlət katibi Marko Rubio da son açıqlamasında açıq şəkildə bəyan edib.

Lakin İlham Əliyev və Nikol Paşinyanın bu formatda görüşü ABŞ-ın hər hansı bir istəyi, dəstəyi olmadan da, onsuz da baş tutacaqdı. Çünki tərəflər artıq çoxdan bu mərhələyə hazır idilər.

Odur ki, Putin gedib bir stəkan soyuq su içsə, yaxşı olar.

P.S. Ümumiyyətlə, Rusiya bu gün uzun illər ərzində Cənubi Qafqazda yürütdüyü zəhərli və axmaq siyasətinin bədəlini yaşayır. Bunun günahını ABŞ-ın üzərinə yıxmaq lazım deyil. Ermənistanla Azərbaycan arasında sülhə mane olmaq cəhdlərinin davam etdirilməsi isə Kremlin növbəti axmaqlığı olardı.

Chosen
18
vaxt.az

1Sources