EN

“Ukraynananı qorumaq üçün 500 Patriot lazımdır” – Hərbi ekspert

Ukraynanın Rusiya tərəfindən artan raket və dron hücumlarına qarşı ən effektiv cavabı Moskvaya zərbələr endirmək olardı. 

Bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert və təyyarəçi-instruktor Roman Svitan bildirib.

Svitan qeyd edib ki, əgər ABŞ Ukraynaya Patriot zenit-raket sistemləri üçün cəmi 10 raket göndərərsə, bu, bir hücum dalğasını dəf etməyə belə kifayət etməyəcək.

Onun sözlərinə görə, 10-dan çox hədəf hücuma keçərsə, həmin raketlər bir neçə dəqiqə ərzində istifadə olunacaq və müdafiə üçün heç nə qalmayacaq:“Patriot sistemləri ilə bu təzyiqi aradan qaldırmaq mümkün deyil. Hətta 100 ədəd Patriot da olsa, gecə hücumları zamanı xalq yenə də sığınacaqlara qaçmalı olacaq”.

Ekspertin fikrincə, ən optimal həll yolu Rusiya paytaxtına, xüsusən Moskvadakı hərbi obyektlərə cavab hücumları təşkil etməkdir:Niyə onlar Kiyevə zərbə endirirlər? Çünki orada ən çox əhali, hərbi obyektlər və paytaxt yerləşir. Biz də eynisini etməliyik – Kremldən Rublyovkadakı hamamlara qədər zərbələr endirmək lazımdır. Axı qərarlar əsasən orada qəbul edilir. Deməli, həmin yerlər hərbi obyekt sayılır”.

Ekspert Ukraynanın bütün hava məkanını qorumaq üçün təqribən 500 Patriot sistemi və 5000 raketə ehtiyac olduğunu, lakin bunun praktiki olaraq mümkün olmadığını deyib.

Chosen
22
14
7times.az

10Sources