“Neftçi” PFK ilə “Liv Bona Dea Hospital” arasında artıq 3 ildir uğurla davam edən əməkdaşlıqda yeni səhifə açılır.


Rekord.az xəbər verir ki, ölkənin ən yaxşı xəstəxanalarından biri bundan sonra da “ağ-qaralar”a tibbi xidmətlər göstərəcək.


Qeyd edək ki, 2022-ci ildən Bakıda fəaliyyət göstərən “Liv Bona Dea Hospital” elə həmin ilin iyul ayından “Neftçi” ilə əməkdaşlıq edir.