Pakistanın Pəncab və Bəlucistan əyalətlərində güclü musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 11 nəfər həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Musson yağışları səbəbindən kanalizasiya sistemi işləməyib və bəzi yollar bağlanıb. Lahorda minlərlə insanı təsir edən elektrik kəsintisi baş verib.
Həmçinin daqınlar nəticəsində çox sayda insanın yaralandığını bildirilib.