EN

Təhlükəli istilər Azərbaycana da gələ bilərmi?

Yazını böyüt
Yazını kiçilt

Dünyada anomal istilər baş verir.  Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hələ ki, küləkli və nisbətən sərin hava müşahidə olunur.

Maraqlıdır, təhlükəli istilər Azərbaycana da gələ bilərmi?

Hafta.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova açıqlamasında artıq bir-neçə gündür ölkəmizdə şimal axınlarının təsiri nəticəsində mülayim və nisbətən sərin hava şəraitinin müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, iyul ayının ötən dövrü ərzində əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olub. Ümumi olaraq bölgələr üzrə 10 gün yağıntılı hava şəraiti müşahidə olunub.

G.Abbasova qeyd edib ki, iyulun 12-dən başlayaraq ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, temperaturun isə tədricən yüksələcəyi gözlənilir:

"Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında, eləcə də dağətəyi rayonlarda 35-37, Aran rayonlarında 38-40, dağlıq rayonlarda isə 26-28 dərəcəyədək yüksələcəyi  proqnozlaşdırılır. Hər gün yenilənən hava proqnozlarını və hava haqqında məlumatları ən dəqiq  meteo.az  saytdan və meteo.az. mobil tətbiqdən əldə edə bilərsiniz". 

Chosen
24
hafta.az

1Sources