EN

Moped piyada keçidində qadını vurub

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub. Yasamal rayonu, Cəfər Cabbarlı və Bakıxanov küçələrinin kəsişməsində baş verən qəza piyadanın xəsarət alması ilə nəticələnib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Müşahidələr onu deməyə əsas verir ki, bəzi moped və motosiklet sürücüləri hərəkət zamanı piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməməklə real təhlükə yaradırlar. Daha çox kuryer xidməti göstərən belə sürücülərin yollarda tələskənlik etmələri, bu nəqliyyat vasitələrini sürətlə idarə etmələri, xüsusilə də manevr etmə qaydalarını pozmaları yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped, motosiklet və skuter idarə edənlərə müraciət edərək bildirir ki, piyada keçidlərində piyadalara yol verilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qəzaların sayının azalmasına müsbət təsir göstərir. Bu baxımdan hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq.

P.ƏMİRCANOVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
30
xalqqazeti.az

10Sources