EN

İsveçdə nazir qohumunun qalmaqalda iştirakından sonra sağ radikal hərəkat fəallaşır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Stokholm, 10 iyul, AZƏRTAC

İsveçin miqrasiya naziri Yohan Forsselin yaxın qohumunun “Aktivklubb Sverige” (İsveçin aktiv qrupu) ilə əlaqələri üzə çıxandan sonra bu hərəkat mediada geniş işıqlandırılır və sosial şəbəkələrdə fəallığını artırmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, ABŞ mənşəli və zorakılığa meylli gənclər hərəkatı olan “Aktivklubb Sverige”də formal üzvlüyü olmayan zəif təşkilatlanmış dəstədir. O, bütün ölkəyə səpələnmiş beş qrupdan ibarətdir və təkcə 2024-cü ildə İsveçdə minimum 139 tədbir keçirib.

Qalmaqaldan bir həftə sonra “TikTok” və “Telegram” sosial şəbəkələrində qara formada olan adamların bayraq və məşəllərlə dayandığı videomaterial yayımlanıb. Bu materialı müşayiət edən “Bizim zamanımız indi başlayır” şüarının doqquz ay əvvələ aid olduğu aşkarlanıb.

Hərəkat daha çox gənci cəlb etmək üçün sosial şəbəkələrdə yayımlanan döyüş sənəti məşğələləri, bayraqlar və məşəllərlə hərəkətləri əks etdirən yaxşı səhnələşdirilmiş videoçarxlar vasitəsilə öz imicini yaradır. Zorakı ekstremizm üzrə ekspert Lars Styernelyefin fikrincə, “Aktivklubb” medianın diqqətindən öz xeyrinə məharətlə istifadə edir, aksiyaların və təlimlərin səhnələşdirilmiş videoçarxlarını yayımlayır, geniş fəaliyyət illüziyası yaradır.

O qeyd edib: “Bu, indi çox diqqət çəkən nisbətən marjinal qrupdur. İki həftə əvvəl demək olar ki, heç kim onların barəsində eşitməmişdi. Əlbəttə ki, medianın işıqlandırması vacibdir və hərəkat haqqında əvvəllər eşitməmiş insanları cəlb edilə bilər, onun yeni və maraqlı olması diqqəti cəlb edər”.

Miqrasiya naziri TV4 telekanalında açıqlama verərək söhbətin onun yeniyetmə oğlundan getdiyini təsdiqləyib. O, Təhlükəsizlik Xidmətindən (Säpo) oğlunun “tamamilə uyğun olmayan çevrələrlə” ünsiyyətdə olması barədə alınan məlumatdan şok keçirdiyini və dəhşətə gəldiyini deyib. Bununla belə, ifrat sağçıların fəal üzvü olan və başqalarını öz sıralarına cəlb etməyə çalışan yeniyetmə heç bir cinayətdə şübhəli bilinmir.

Y.Forssel deyib: “Biz evdə çox gərgin söhbətlər etdik. Valideyn məsuliyyəti heç də sənin həmişə uğur qazanacağın anlamına gəlmir”.

Nazirin sözlərinə görə, onun informasiya əldə etməsi anında bütün təhlükəsizlik protokollarına əməl olunub və milli təhlükəsizlik baxımından hər hansı aktual təhdid aşkar edilməyib. O, həmçinin vurğulayıb ki, istefa vermək niyyətində deyil və baş verən qalmaqalı başqa valideynlər üçün bir siqnal hesab edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
1
azertag.az

2Sources