AzVision.az xəbər verir ki, “Agence France-Presse (AFP)” agentliyinin məlumatına istinadən xəbər verir ki, Böyük Britaniya və Fransa iki ölkənin nüvə çəkindirməsi arsenalının müstəqil olaraq qalmaqla, koordinasiya edilə biləcəyini açıqlayacaqlar.
“İyulun 10-da imzalanacaq bəyannamədə vurğulanacaq ki, müvafiq çəkindirici nüvə qüvvələrimüstəqil olaraq qalır, lakin onlar koordinasiya edilə bilər. Həmçinin Avropa üçün yarana biləcək fövqəladə təhlükə hər iki ölkənin reaksiyasına səbəb olmayacaq məqam yoxdur”,- Yelisey sarayının və Böyük Britaniya hökumətinin yaydıqları bəyanatda deyilir.
Xatırladaq ki, may ayında nüvə arsenalını genişləndirməyi planlaşdıran Londonun ABŞ-dən “B61” nüvə bombaları daşıya bilən “F-35A” qırıcıları almaq üçün danışıqlar apardığı məlum olub. Hazırda Böyük Britaniya öz nüvə arsenalınıdörd “Vangard” tipli nüvə sualtı qayıqlarında yerləşdirilib. Bu sualtı qayıqlar Amerikanın “Trident II” ballistik raketlərini daşıyır.
Bundan daha əvvəl, mart ayında isə Fransa prezidenti Emmanuel Makron ölkəsinin Rusiyanı “tçəkindirmə” strategiyasının bir hissəsi kimi 2035-ci ilə qədər nüvə gücünə malik hipersəs raketləri və yeni nəsil döyüş təyyarələri yerləşdirəcəyini bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az