EN

Hakan Çalhanoğlu “Qalatasaray”a keçmədi

“İnter”in futbolçusu Hakan Çalhanoğlunun taleyinə aydınlıq gəlib.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü Milan təmsilçisində qalacaq.

“Qalatasaray” Hakan üçün “İnter”lə danışıqlar aparırdı və futbolçu özü bu keçidə razı idi. Lakin klublar keçiddə anlaşa bilməyiblər. Nəticədə, “İnter” 31 yaşlı yarımmüdafiəçini saxlamaq qərarına gəlib.

Qeyd edək ki, Hakan Çalhanoğlu ötən mövsüm bütün turnirlərdə 47 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə verib. Onun “İnter”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Chosen
87
25
msport.az

10Sources