EN

Ramiz Məmmədov baş məşqçi təyin olundu

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir”in yeni baş məşqçisi müəyyənləşib.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda PRO kateqoriyalı mütəxəssis Ramiz Məmmədova tapşırılıb.

56 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramiz Məmmədov bu postda Füzuli Məmmədovu əvəz edib.

Chosen
39
6
msport.az

10Sources