EN

Kelloq: “Ukrayna üçün Marşall planı olmalıdır” | VİDEO

AzVision.az “Ukrinform” media-resursuna istinadən xəbər verir ki, Kit Kelloq Ukraynanın bərpası ilə bağlı Romada keçirilən konfransda belə deyib.

Bu zaman Amerikalıİkinci Dünya Müharibəsindən sonra Avropanın bərpasını və ABŞ-nin həyata keçirdiyi Marşall Planını xatırladıb.

“Doğrudur, bu çətin olacaq. Amma biz Ukrayna üçün də eyni şeyi etməliyik. İlk addım tərəflər arasında atəşkəs əldə etmək olacaq. Keçmiş hərbçi kimi mən Ukraynada baş verən zorakılığın səviyyəsini anlamaqda çətinlik çəkirəm”, - Kit Kelloq vurğulayıb.

Kelloq Lukaşenko ilə görüşmək istəyir| VİDEO
Qeyd edək ki, 10-11 iyul 2025-ci il tarixlərində Romada İtaliyanın baş naziri Corca Meloninin ev sahibliyi ilə Ukraynanın bərpasına dair konfrans keçirilir.

Marşall planı 1947-ci ildə ABŞ tərəfindən İkinci Dünya Müharibəsi nəticəsində xarabalığa çevrilmiş Avropanı bərpa etmək, onun iqtisadiyyatını gücləndirmək və kommunizmin genişlənməsinin qarşısını almaq üçün təklif etdiyi iqtisadi yardım proqramı idi.


Sahil İsgəndərov
AzVision.az

Chosen
37
azvision.az

1Sources