EN

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Kiyevdə qətlə yetirildi

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç Kiyevdə öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk Teleqram kanalında yazıb.

“Naməlum şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan İvanoviç Voroniçə yaxınlaşaraq 5 dəfə atəş açıb, sonra isə cinayət yerindən qaçıb”, - o bildirib.

Onun sözlərinə görə, xüsusi əməliyyat mərkəzinin bölməsinin baş əməliyyatçısı olan Voroniç hadisə yerində keçinib.

Hazırda cinayətkarın axtarışına başlanılıb.

 

Sitat.info

Chosen
22
3
sitat.info

4Sources