EN

Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqivə fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları iləticarət əməliyyatları həyata keçirmiş, 103 ölkəyə məhsul ixracolunmuş, 153 ölkədən idxal olunub.

Trend bu barədəDövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakingömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xamneft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərəalınmaqla 2025-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarətdövriyyəsi 20 269,1 milyon ABŞ dolları təşkil edib. Ticarətdövriyyəsinin 10 304,3 milyon dollarını və ya 50,8 faizini ölkədənixrac olunmuş məhsulların, 9 964,8 milyon dollarını (49,2 faizini)isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 339,5 milyondollar məbləğində müsbət saldo yaranıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarətdövriyyəsi faktiki qiymətlərlə 12,6 faiz artıb, real ifadədə 1,1faiz azalıb. İdxal real ifadədə 10,3 faiz artıb, ixrac isə 8,8 faizazalıb.

2025-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarınınixracı 1407,5 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-mayaylarına nisbətən faktiki qiymətlərlə 11,6 faiz artıb, real ifadədəisə 11,4 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən,ölkənin xarici ticarət dövriyyəsinin 25,5 faizi İtaliya, 11,7 faiziTürkiyə, 10,3 faizi Rusiya, 8,4 faizi Çin, 3,2 faizi Almaniya, 2,6faizi ABŞ, 2,5 faizi Birləşmiş Krallıq, 2,2 faizi Qazaxıstan, hərbiri 2,0 faiz olmaqla Xorvatiya və Rumıniya, hər biri 1,7 faizolmaqla Yunanıstan, Avstraliya və İsveçrə, hər biri 1,6 faizolmaqla Çexiya və Gürcüstan, hər biri 1,5 faiz olmaqla Bolqarıstanvə Portuqaliya, 1,2 faizi İran, hər biri 1,0 faiz olmaqla Meksika,Özbəkistan və Ukrayna, hər biri 0,9 faiz olmaqla Yaponiya vəNiderland, 12,3 faizi isə digər ölkələr ilə aparılmış ticarətəməliyyatlarının payına düşüb.

İxracın 46,6 faizini İtaliyaya, 13,0 faizini Türkiyəyə, 4,1faizini Rusiyaya, 3,7 faizini Xorvatiyaya, 3,5 faizini Rumıniyaya,3,0 faizini Yunanıstana, hər biri 2,8 faiz olmaqla Portuqaliya,Bolqarıstan və Çexiyaya, 2,7 faizini Almaniyaya, 2,5 faiziniGürcüstana, 1,7 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa,hər biri 1,2 faiz olmaqla Niderland və İrlandiyaya, 0,9 faiziniSerbiyaya, 0,8 faizini Ukraynaya, hər biri 0,7 faiz olmaqla Tailandvə İndoneziyaya, 0,5 faizini Danimarkaya, hər biri 0,4 faiz olmaqlaBirləşmiş Ərəb Əmirlikləri və Qazaxıstana, 2,7 faizini isə digərölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,5faiz), Türkiyəyə (17,9 faiz), İsveçrəyə (9,1 faiz), Gürcüstana (8,9faiz), Ukraynaya (5,4 faiz), Qazaxıstana (3,2 faiz), Birləşmiş ƏrəbƏmirliklərinə (3,1 faiz), ABŞ-a (2,2 faiz), Belarusa (2,1 faiz),Özbəkistana (1,4 faiz), Türkmənistana (1,3 faiz), İtaliyaya (1,2faiz), Çinə (1,2 faiz), Almaniyaya (1,1 faiz), Kanadaya (1,0 faiz),Estoniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkiledib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Çin,17,2 faizi Rusiya, 10,2 faizi Türkiyə, 5,2 faizi ABŞ, 4,2 faiziQazaxıstan, 3,9 faizi Almaniya, 3,8 faizi Birləşmiş Krallıq, 3,6faizi Avstraliya, 2,5 faizi İran, 2,2 faizi Meksika, 2,1 faiziİtaliya, 2,0 faizi Özbəkistan, hər biri 1,7 faiz olmaqla Yaponiyavə İsveçrə, hər biri 1,6 faiz olmaqla Braziliya və Cənubi Afrika,hər biri 1,5 faiz olmaqla Koreya və Belarus, 1,4 faizi Kanada, 1,2faizi Ukrayna, 13,6 faizi isə digər ölkələr ilə aparılmış idxaləməliyyatlarının payına düşüb.
2025-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü iləmüqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 35,3 faiz,təzə tərəvəz – 5,7 faiz, kartof – 65,5 faiz, şəkər – 41,7 faiz,bitki yağları – 28,3 faiz, mineral gübrələr – 27,2 faiz, sementklinkerləri – 31,0 faiz, qara metallardan borular – 54,8 faiz,pambıq ipliyi – 23,6 faiz artmış, meyvə və tərəvəz şirələri ixracıisə 22,2 faiz, meyvə və tərəvəz konservləri – 5,9 faiz, tütün –53,1 faiz, çay – 1,3 faiz, marqarin, qida üçün yararlı digərqarışıqlar – 37,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 44,4faiz, pambıq lifi – 9,5 faiz, polipropilen – 9,6 faiz, polietilen –5,4 faiz, elektrik enerjisi – 27,2 faiz, emal olunmamış alüminium –5,9 faiz, qara metallardan çubuqlar – 44,2 faiz, bentonit gili –10,1 faiz azalıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 2025-ci ilinyanvar-may aylarında buğda idxalı 55,4 faiz, kərə yağı, digər südyağları və pastaları – 10,2 faiz, xam şəkər – 50,1 faiz, kartof –20,1 faiz, çay – 22,8 faiz, təzə tərəvəz – 32,6 faiz, siqaretlər –2,6 dəfə, minik avtomobilləri – 22,1 faiz, məişət kondisionerləri –28,6 faiz, qara metallardan çubuqlar – 37,4 faiz, rezin şinlər –28,0 faiz, yük avtomobilləri – 0,1 faiz, mineral gübrələr – 0,7faiz, mebellər – 0,2 faiz, polietilen – 12,8 faiz, avtobuslar – 2,1dəfə, polipropilen – 7,7 faiz, məişət soyuducuları – 7,1 faizartmış, təzə meyvə idxalı isə 16,2 faiz, şokolad və şokoladməhsulları – 2,6 faiz, bitki yağları – 38,4 faiz, unlu qənnadıməmulatları – 6,6 faiz, quş əti və onun əlavə məhsulları – 8,3faiz, mal əti – 20,1 faiz, dərman vasitələri – 16,3 faiz, poladprokatı – 0,8 faiz, qara metallardan borular – 26,4 faiz, hesablamamaşınları, blok və qurğuları – 11,7 faiz, sintetik yuyucu vasitələr– 9,8 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, qara metallardankünclüklər – 5,2 faiz, sement – 7,2 faiz azalıb.

Chosen
47
3
az.trend.az

5Sources