Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” (Niderland) təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
QOL.az xəbər verir ki, komanda digər bir Niderland klubu “Katveyk”lə qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Kökçü də bu görüşdə iştirak edib. O, ikinci hissədə meydana çıxıb.
Qeyd edək ki, "Volendam" növbəti mövsümdən Niderlandın əsas liqasında mübarizə aparacaq. Ozan Can Kökçü isə mayın 27-də bu klubla 1+1 illik müqavilə imzalayıb.
“Volendam” - “Katveyk”
Qollar: Key-Shawn Wong-A-Soij, 22 - Angelo Kamperveen, 69
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.