Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Liberiya Prezidenti Cozef Boakainin hər iki ölkədə rəsmi dil olan ingilis dilini “harada belə yaxşı öyrəndiyini” təəccüblə qarşılayıb.
Yeniavaz.com CNN telekanalına istinadla xəbər verir ki, hadisə Trampın Afrika lideri ilə görüşü zamanı baş verib.
Belə ki, Amerika lideri Liberiya Prezidentindən ingilis dilində çox yaxşı danışdığını və belə yaxşı danışmağı harada öyrəndiyini soruşub.
Liberiyanın rəsmi dili ingilis dili olduğu üçün bu suala necə cavab verəcəyini bilməyən ölkə prezidenti “Liberiyada” deyə cavab verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.