EN

Sudan zəhərlənlərin sayı 300 nəfəri ötüb

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda bağırsaq infeksiyası simptomları ilə xəstəxanalara müraciət edənlərin sayı 300 nəfəri ötüb.

Hafta.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. Zərərçəkənlərin 90-dan çoxu stasionarlarda müalicə alır.

Bildirilir ki, təkcə son iki gün ərzində xəstəxanalar 270-dən çox insan müraciət edib:

“Mərkəzi Rayon Xəstəxanasında bağırsaq infeksiyası diaqnozu ilə xəstələrin müalicəsi aparılır, son üç sutka ərzində burada qastroenterit əlamətləri ilə 302 nəfər, o cümlədən, 294 uşaq müraciət edib. Ağır xəstəlik halları qeydə alınmayıb. Aşkarlanan xəstələrin sayı azalma tendensiyası göstərir”.

Chosen
27
1
hafta.az

2Sources