EN

ABŞ Braziliyadan idxal olunan mallara 50 faizlik rüsum tətbiq edəcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 10 iyul, AZƏRTAC

ABŞ avqustun 1-dən etibarən Braziliyadan idxal olunan bütün mallara 50 faizlik rüsum tətbiq edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın braziliyalı həmkarı Luiz İnasio Lula da Silvaya göndərdiyi məktubda deyilir.

Ağ ev rəhbərinin sözlərinə görə, tariflər “Braziliyanın azad seçkilərə və amerikalıların söz azadlığına qarşı məkrli hücumlarına görə” tətbiq olunacaq.

Luiz İnasio Lula da Silva isə öz növbəsində Braziliyanın iqtisadi qarşılıq haqqında qanunundan istifadə edərək istənilən birtərəfli rüsum artımına cavab verəcəklərini bəyan edib.

Bir müddət öncə, Donald Tramp sosial media hesabında avqustun 1-dən Vaşinqtonun yeddi ticarət tərəfdaşı üçün idxal tariflərinin tətbiqi ilə bağlı bildiriş yerləşdirib. O, Filippinə 20 faiz, Bruney və Moldovaya 25 faiz, Şri-Lanka, Əlcəzair, Liviya və İraqa 30 faizlik tariflərin tətbiq ediləcəyini bildirib.

Bazar ertəsi isə Birləşmiş Ştatların dövlət başçısı avqustun 1-dən Cənubi Koreya, Yaponiya, Malayziya, Qazaxıstan, Cənubi Afrika, Tunis, Bosniya və Herseqovina, İndoneziya, Banqladeş, Serbiya, Kamboca, Tailand, Laos və Myanma da daxil olmaqla 14 ölkəyə yeni idxal rüsumlarının tətbiq olunacağını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
1
azertag.az

2Sources