EN

Yaponiyada internet sürəti rekordu: “Netflix”in arxivi 1 saniyədə 30 dəfə endirilə bilər

Bakı. Trend:

Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyalarıİnstitutunun (NICT) və Sumitomo Electric Industries-untədqiqatçıları saniyədə 1,02 petabayt ötürmə qabiliyyətinə malikyeni internet bağlantısı quraraq dünya rekordu qırıblar.

Trend xəbər verir ki, bu sürət 1 milyongiqabaytdan çox məlumata uyğundur və “Netflix”in bütün arxivinicəmi 1 saniyəyə 30 dəfə endirmək mümkündür.

Yeni texnologiya 19 nüvəli, 0.125 mm diametrli optik lifüzərində qurulub və mövcud infrastrukturla uyğunluq göstərir.Testlər 1808 km məsafədə Berlin ilə Napoli arasındakı məsafəyəbərabər uğurla aparılıb.

Bu irəliləyiş qitələrarası məlumat ötürülməsi üçün yeni nəsilinfrastrukturun təməli kimi qiymətləndirilir və optik rabitədətarixi dönüş nöqtəsidir.

Qeyd edək ki, ekspertlər bu nailiyyəti rəqəmsal dünyanıngələcəyini formalaşdıracaq “post-modern kommunikasiya erası”nınbaşlanğıcı adlandırır.

Məqalədə:
Chosen
41
1
az.trend.az

2Sources