Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları parlamentin müxalif "Ermənistan" fraksiyasından olan Daşnaksütyun Partiyasının üzvü Qeqam Manukyanın mənzilində axtarışlar aparıb.
Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik" Ermənistana istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Geqam Manukyanın evində axtarışlar aparıb, daha sonra onun oğlu Taron Manukyanı saxlayıblar.
Qeyd edək ki, Q.Manukyan ötən gün məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.