EN

Bu imtahanın keçirilməsi qaydalarında dəyişiklik edilib, keçid balı artırılıb

Bakı. Trend:

“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnaməalmaq və xüsusi notariusun köməkçisi təyin olunmaq üçün imtahanınvə müsahibələrin keçirilməsi Qaydası”nda dəyişikliklər edilib.

Trend-inməlumatına görə, bununla bağlı ədliyyə naziri, III dərəcəlidövlət ədliyyə müşaviri Fərid Əhmədov müvafiq qərarimzalayıb.

Sənədə əsasən, ixtisas komissiyasının sədri və onun müavinikomissiya üzvləri tərəfindən onların arasından komissiyanın birinciiclasında seçiləcək. İxtisas komissiyasının katibi ƏdliyyəNazirliyi tərəfindən təyin ediləcək.

Mövcud qanunvericiliyə görə, şəhadətnamənin alınması üçün şəxsƏdliyyə Nazirliyinə bu Qayda ilə müəyyən edilmiş formaya uyğunərizə təqdim etməlidir. Ərizədə müsahibə və ya peşə hazırlığınadair müsahibə nəticəsində işləmək istədiyi notarius vakansiyasıüzrə başqa namizədlərlə müqayisədə daha az keçid balı topladığınagörə ona təklif edilən digər vakant notarius vəzifəsi üzrəfəaliyyət göstərə biləcəyinə dair münasibəti qeyd olunur.Dəyişikliyə əsasən, münasibətin qeyd olunması şərti ləğvedilib.

Bundan əlavə, notariat fəaliyyəti ilə məşğul olmaq arzusundaolan və sənədlərinin qəbulu prosesində müraciət etmiş şəxsəmünasibətdə “Cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə haqqında” Qanun müəyyən edilmiş vətəndaş qüsursuzluğu iləbağlı tələblərə uyğunluğun müəyyən edilməsi məqsədilə müvafiqməlumat elektron sorğu informasiya sistemi vasitəsilə MaliyyəMonitorinqi Xidmətindən əldə olunacaq.

Həmçinin, mövcud qanunvericiliyə əsasən, imtahan namizədinseçdiyi notarius vakansiyası üzrə əsasən kompüterdən istifadəedilməklə test üsulu ilə keçirilir. Dəyişikliyə görə, imtahankompüterdən istifadə edilməklə test üsulu ilə keçiriləcək.

Bununla yanaşı, mövcud qaydaya görə, imtahanın yekunlarına görə55 və ya daha çox bal toplamış namizəd müsahibəyəburaxılır. Dəyişikliyə əsasən artıq 60 və ya dahaçox bal toplamış namizəd müsahibəyə buraxılacaq. Müsahibədən15 və daha çox bal toplamış namizədlər icbaritəlimə buraxılacaqlar. Digər namizədlər müsahibədən keçməmişsayılacaqlar.

Peşə hazırlığının yoxlanılması üzrə müsahibənin nəticələriixtisas komissiyası tərəfindən qiymətləndiriləcək. Belə ki,ixtisas komissiyasının qərarı ilə razılaşmayan namizədlər ədliyyənazirinə şikayət edə bilərlər. Şikayətə baxılmasının nəticəsibarədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmasınınnəticəsi ilə razılaşmayan namizəd məhkəməyə müraciət edəbilər.

Bundan əlavə qərarda müsahibənin keçirilməsinə dair aşağıdakımüddəalar ləğv ediləcək:

  • Peşə hazırlığının yoxlanılması üzrə müsahibə başa çatdıqdansonra onun nəticələri nəzərə alınmaqla, şəhadətnamənin verilməsi vəya bundan imtina edilməsi barədə qərar qəbul olunur.
  • Toplanmış balların miqdarı eyni olduqda, ardıcıl olaraqhüquq elmi üzrə dərəcəsi olanlara və hüquq fəaliyyəti sahəsindədaha təcrübəlilərə üstünlük verilir.
  • Şəhadətnamənin verilməsi barədə qəbul edilmiş qərar ƏdliyyəNazirliyinə təqdim olunur.

Həmçinin, icbari təlimin yekunları üzrə qiymətləndirmədən vəpeşə hazırlığının yoxlanılması üzrə müsahibədən 15 və daha çox baltoplamış namizədlərin sayı notarius vakansiyalarının sayından çoxolduqda ardıcıllıqla daha çox keçid balı toplamış namizədlərqiymətləndirmədən və müsahibədən keçmiş hesab olunacaq və onlartopladıqları ballara uyğun sıralanacaqlar.

Toplanmış balların miqdarı eyni olduqda ardıcıl olaraq alitəhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsilsəviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə iləbitirənlərə və xarici dil bilənlərə üstünlük veriləcək. Digərnamizədlər qiymətləndirmədən və müsahibədən keçməmişsayılacaqlar.

İxtisas komissiyası şəhadətnamənin və təyinatlara dairtəkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtinaedilməsi barədə qərar qəbul edəcək. İxtisas Komissiyasınınşəhadətnamənin verilməsi barədə qəbul edilmiş qərarı ƏdliyyəNazirliyə təqdim olunacaq.

Məlumat üçün bildirək ki, qərar iyulun 9-da qəbul edilib,iyulun 10-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, iyulun11-dən qüvvəyə minəcək.

Chosen
42
8
az.trend.az

9Sources