BAKI, 10 iyul. TELEQRAF
2025-ci ilin yanvar-iyun aylarında aqrar məhsulların ixracı 21.9% artaraq 455,2 milyon ABŞ dollar təşkil edib.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı” jurnalının iyul sayına əsasən xəbər verir ki, aqrar-sənaye məhsullarının ixracı isə 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2% artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.