Fahrettin Altun isə prezidentin sərəncamı ilə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) rəhbəri təyin edilib.
Olaylar.az Ərdoğanın yüksək səlahiyyət verdiyi Burhanəddin Duranın dosyesini təqdim edir:
Burhanəddin Duran 1971-ci ildə Sakarya Adapazarıda anadan olub. O, lisey təhsilini Sakarya Adapazarı İmam Hatip məktəbində davam etdirib və 1989-cu ildə məzun olub. 1991-ci ildə Atilla Ardı Arkan və Kadir kimi digər məzunlarla birlikdə Sakarya İmam Hatip Liseyi Məzunları və Üzvləri Dərnəyini (SİMDER) qurub.
Duran 1993-cü ildə Boğaziçi Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 1993-2001-ci illərdə Bilkent Universitetinin Siyasi Elm və Dövlət İdarəçiliyi bölməsində magistratura və doktorantura təhsilini tamamlayıb. Müxtəlif universitetlərdə çalışmış Duran 2006-cı ildə dosent, 2013-cü ildə isə professor olub.
O, 1993-2001-ci illərdə Sakarya Universitetinin Dövlət İdarəçiliyi Departamentində elmi işçi, 2001-2009-cu illərdə isə Sakarya Universitetində Beynəlxalq Əlaqələr Departamentində müəllim vəzifəsində çalışıb. 2006-cı ildə Sakarya Universitetində dosent olub.
2003-cü ildə Duran və həmkarları Sakarya Universitetində Bilgi Evi adı altında təhsil və mədəniyyət fəaliyyətləri ilə məşğul olan qeyri-hökumət təşkilatı qurublar. 2006-cı ildə təşkilatın adı Sakarya Məlumat və Mədəniyyət Mərkəzi olaraq dəyişdirilib.
Duran 2009-cu ildə İstanbul Şehir Universitetində Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Departamentinin müdiri vəzifəsində çalışıb. 2010-2011-ci illərdə George Mason Universitetində qonaq alim olub. 2013-cü ildə SETA-nın İstanbul bölməsinin baş koordinatoru vəzifəsinə təyin edilib. O, SETA-nın İstanbul ofisinin ilk koordinatoru olub və daha sonra onu Fahrettin Altun əvəzləyib. Duran 2014-cü ildə Ankaraya köçüb və SETA-nın baş koordinatoru olub.
Türk düşüncə tarixi, türk xarici siyasəti, islamçılıq, Avropa, demokratiya və vətəndaş cəmiyyəti mövzusunda müxtəlif kitab və jurnallarda türk və ingilis dillərində məqalələr dərc etdirən Duranın 19-cu Dönem Parlament Tarixi (3 cild) adlı kitabı da nəşr olunub.
O, "The Triumph of Turkish Democracy: The July 15 Coup Attempt And Its Aftermath", "Türkiye'de Siyasal Sistemin Dönüşümü ve Cumhurbaşkanlığı Sistemi", , "İran Yaptırımları", "Ortadoğuchr("39")da Devlet Dışı Silahlı Aktörler", "Libya Krizi: Bölgesel ve Küresel Aktörlerin Politikaları", "Doğu Akdeniz: Türkiye'nin Hakları" başlıklı kitapları derlemiştir. Duran ayrıca, "Dönüşüm Sürecinde Türkiye", "Dünya Çatışma Bölgeleri I-II", "Ortadoğu Yıllığı 2008" ve 2009-2019 yılları arasında yayımlanan "Türk Dış Politikası Yıllığı" adlı əsərlərin də redaktorları arasındadır.
Burhanəddin Duranın indiyədək tutduğu vəzifələr isə aşağıdakı kimidir:
2025 - Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri
2018 - Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü
2022-2024 - Fakültə üzvü, Beynəlxalq Əlaqələr, Ankara Sosial Elmlər Universiteti
2017-2022 - Fakültə üzvü, İbn Haldun Universiteti Siyasi Elm və Beynəlxalq Münasibətlər fakültəsi
2015-2017 - Fakültə üzvü, Beynəlxalq Əlaqələr, Ankara Sosial Elmlər Universiteti
2014-2024 - Baş Koordinator, SETA
2013-2014 - Baş Koordinator, SETA, İstanbul
2010-2011 - Qonaq Alim, George Mason Universiteti
2009-2015 - İstanbul Şehir Universiteti Siyasi Elm və Beynəlxalq Əlaqələr Departamentinin müdiri
2006-2009 - Sakarya Universiteti, Beynəlxalq Əlaqələr Şöbə Müdiri
2001-2006 - Müəllim, Beynəlxalq Əlaqələr, Sakarya Universiteti
1993-2001 - Tədqiqatçı, Sakarya Universiteti, Dövlət İdarəçiliyi Bölümü (Musavat.com)