ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Real Madrid" klublararası dünya çempionatının yarımfinalında qapısında dörd top görməklə bir mövsümdə buraxılan qollara görə klubun antirekordunu təkrarlayıb.
Oxu.Az xəbər verir ki, "Kral klubu" 2024/25 mövsümündə ümumilikdə bütün turnirlərdə 84 dəfə məyus olub. Madrid təmsilçisi sonuncu dəfə 1998/99 mövsümündə bu qədər qol buraxıb.
Həmçinin "Real Madrid" 2024/25 mövsümündə beş matçda ən azı dörd qol buraxıb ki, bu da son 25 ilin ən pis göstəricisidir.
Qeyd edək ki, yarımfinalda İspaniya klubunu böyük hesabla məğlub edən PSJ klublararası dünya çempionatının finalında "Çelsi" ilə qarşılaşacaq. Qarşılaşma bazar günü, iyulun 13-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.