EN

Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

Bu gün dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Onlar ilk olaraq Füzuli şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin ilk günündə səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Sonra işğal dövründə dağıdılan ərazilərə baxıb, eyni zamanda, azad edilən Füzulidə dövlətimizin apardığı tikinti-quruculuq işlərinin şahidi olublar.

On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Heyət 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

Beynəlxalq səyahətçilər son 4 ildə dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.

Chosen
34
12
azerbaijan-news.az

10Sources