EN

Xüsusi nümayəndə: Ukraynanın öz Marşal planı olmalıdır

Beynəlxalq tərəfdaşlar Ukraynaya yenidənqurma işində onun üçün "Marşal planı" hazırlamaqla kömək etməlidir...

Poliqon xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Bununla bağlı o, II Dünya müharibəsindən sonra ABŞ-ın Avropa üçün "Marşal planı"nı necə tətbiq etdiyinə dair misal çəkib.

"Biz də eyni şeyi Ukrayna üçün etməliyik" deyən Kelloq və bunun çox çətin olacağı barədə xəbərdarlıq edib.

Onun fikrincə, ilk növbədə atəşkəsə nail olmaq lazımdır: "Keçmiş hərbçi kimi, hazırda Ukraynada gördüyünüz zorakılığın səviyyəsini başa düşmək mənim üçün çətindir. Bir milyondan çox əsgər itirdiyiniz zaman bu, sənaye miqyasında qətldir".

Kelloq qeyd edib ki, Ukrayna atəşkəslə razılaşıb, lakin bu, birtərəfli razılaşma olub. Bundan əlavə, o, Rusiya Federasiyasına qanunsuz aparılan uşaqların vətənlərinə qaytarılmasının vacibliyini vurğulayıb.

ABŞ prezidentinin xüsusi nümayəndəsi ukraynalı uşaqların geri qaytarılması mövzusunu xüsusilə vurğulayıb. O qeyd edib ki, bu mövzu ABŞ prezidenti Donald Tramp üçün xüsusilə vacibdir. Kelloq bildirib ki, Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlarda israr edib ki, bu, ruslarla danışıqların nöqtələrindən biri olmalıdır və o, razılaşıb.

Poliqon.info

 

Chosen
31
1
poliqon.info

2Sources