EN

Türkiyədə çılpaq qadın küçədə maşınlara və insanlara hücum etdi Hadisə anı kameralara düşdü

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Edirne vilayətinin Keşan rayonunda çılpaq halda küçəyə çıxan qadın ətrafdakı avtomobillərə və insanlara hücum edib. Hadisə anları mobil telefon kamerası ilə qeydə alınıb.

Oxu.Az-ın DHA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında baş verib. Binalardan birinin pəncərəsindən çəkilmiş görüntülərdə qadının son dərəcə aqressiv davrandığı və qışqıraraq ətrafdakılara hücum etdiyi müşahidə olunur. Bəzi şahidlər qadının hamilə olduğunu da iddia ediblər.

Digər kadrlarda çılpaq qadının başqa bir qadını döydüyü və yoldan keçənlərin buna müdaxiləsi görünür.

Baş verənlərlə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
oxu.az

1Sources